Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO

Hazırda oxunan: Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO
255942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngəzur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri bu gün Ağdam dəmir yolu vağzalında başa çatıb.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, iyunun 21-də Şuşa və Ağdamla tanışlıqdan sonra diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə gələrək, buradan sürət qatarı ilə Bakıya doğru yola çıxıblar.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.

Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO - foto 1
Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO - foto 2
Akkreditə olunmuş diplomatlar Ağdamdan Bakıya sürət qatarı ilə qayıdırlar - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO