Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO

Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO

Hazırda oxunan: Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO
254982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib.

Qeyd olunub ki, Möminə xatın türbəsinin mövcud vəziyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib.

Nəticələr barədə Nazirliyə müvafiq sənədlər təqdim olunub. Həsən Seyidov mədəniyyət işçiləri adından Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə mədəni irsimizə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
 

“Atelier Erich Pummer GmbH” Şirkətinin rəhbəri Erich Pummer çıxış edərək abidənin mövcud vəziyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verib.


Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvü,Naxçıvan Dövlət Universitetinin professoru Hacı Fəxrəddin çıxış edərək Möminə xatun türbəsinin tarixi əhəmiyyətindən, bərpa və konservasiya olunmasının vacibliyindən danışıb, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı düşüncələrini bildiriblər.

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə  “Atelier Erich Pummer GmbH” Şirkəti arasında bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb.

Media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib.

Qeyd edək ki, Prezident cənab İlham Əliyev may ayının 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 1
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 2
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 3
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 4
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 5
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 6
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 7
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 8
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 9
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 10
Möminə xatun türbəsi bərpa ediləcək: Müqavilə bağlandı – FOTO - foto 11

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO