Güclü külək Oğuzda fəsadlar TÖRƏTDİ – Avtomobil yolu BAĞLANDI

Güclü külək Oğuzda fəsadlar TÖRƏTDİ – Avtomobil yolu BAĞLANDI

Hazırda oxunan: Güclü külək Oğuzda fəsadlar TÖRƏTDİ – Avtomobil yolu BAĞLANDI
254648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saatlarından başlayaraq Şimal-Qərb bölgəsində yağışla müşayiət olunan güclü külək əsib.

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, güclü külək daha çox Oğuz rayon ərazisində müşahidə edilib.

Belə ki, Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonun Calud kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacların budaqlarının qırılması nəticəsində yolda bir müddət fasilə yaranıb. Eyni zamanda Bayan kəndi ərazisindəki “Qaynama” istirahət mərkəzi yaxınlığında ağacın iri budağı qoparaq orada park edilən “Toyota Camry” markalı avtomobilin üzərinə düşüb.
 

Ərazidə daha bir avtomobilün üzərinə ağac budaqları düşüb. Nəticədə hər iki minik avtomobilinə ciddi zərər dəyib.


Müvafiq qurum əməkdaşları hadisə yerinə cəlb edilərək ağacların budaqları təmizlənib və hərəkət bərpa olunub.

Güclü küləklə əlaqədar bölgə, eləcə də rayon ərazisində elektrik enerjisinin verilməsində bir müddət fasilə yaransa da sonradan problem aradan qaldırılıb.

Hazırda bölgə rayonlarında sabit hava şəraiti hökm sürür.

Güclü külək Oğuzda fəsadlar TÖRƏTDİ – Avtomobil yolu BAĞLANDI - foto 1
Güclü külək Oğuzda fəsadlar TÖRƏTDİ – Avtomobil yolu BAĞLANDI - foto 2
Güclü külək Oğuzda fəsadlar TÖRƏTDİ – Avtomobil yolu BAĞLANDI - foto 3


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO