Son üç ildə orta aylıq əməkhaqqı bu qədər artıb – RƏSMİ

Son üç ildə orta aylıq əməkhaqqı bu qədər artıb – RƏSMİ

Hazırda oxunan: Son üç ildə orta aylıq əməkhaqqı bu qədər artıb – RƏSMİ
254193
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illərdə Azərbaycanın əmək bazarında müsbət dəyişikliklər müşahidə olunur.

Bizim.Media Dövlət Statistika Komitəsinin saytına əsasən xəbər verir ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 312,1 min nəfərə çatıb.
 

Bu rəqəm 2023-cü illə müqayisədə 62,4 min nəfər artım deməkdir. Belə ki, 2023-cü ildə işçi qüvvəsinin sayı 5 milyon 249,7 min nəfər idi. İqtisadi fəal əhalinin böyük hissəsi məşğul əhali təşkil edir. 2025-ci ilin əvvəlində məşğul əhalinin sayı 5 milyon 29,8 min nəfərə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən (4 milyon 963,3 min nəfər) 66,5 min nəfər çoxdur.



Rəqəmlərə əsasən, ölkədə işsiz əhalinin sayı azalmağa davam edir. 2025-ci il yanvarın 1-i vəziyyətinə bu rəqəm 282,3 min nəfər təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə işsiz əhalinin sayı 286,4 min nəfər idi. Bu da işsizlik səviyyəsinin müsbət dinamikasını əks etdirir. Ümumi işsizlik səviyyəsi 2025-ci ilin əvvəlinə 5.3% səviyyəsində qalıb.

2010-cu ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi məşğul əhalinin 26,4 faizini təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici 21,4 faizə enib. Eyni dövrdə qeyri-dövlət sektorunda işləyənlərin sayı 1,2 dəfə artıb. Bu, özəl sektorun inkişafının və iqtisadiyyatda onun rolunun güclənməsinin bariz nümunəsidir.Muzdla çalışan işçilərin sayı da artım tendensiyasını davam etdirir. 2024-cü ilin dekabrın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 775,3 min nəfər olub. Bu rəqəm 2023-cü ildəki 1 milyon 745,5 min nəfərdən daha yüksəkdir. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə fəaliyyət göstərir.

Əməkhaqqı göstəriciləri də müsbət dəyişiklikləri əks etdirir. 2010-2023-cü illər ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2,8 dəfə artaraq 933,9 manata çatıb.

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10% artaraq 1084 manat təşkil edib. Bu rəqəm artıq 2025-ci ilin ilk rübü üzrə faktiki məlumatdır. Həmçinin, yanvar ayında bu göstərici 1062,9 manat olub (12,8% artım).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO