“Kapital Bank” SÖZ VERDİ – Qazinin BORCU silinəcək - AÇIQLAMA

“Kapital Bank” SÖZ VERDİ – Qazinin BORCU silinəcək - AÇIQLAMA

Hazırda oxunan: “Kapital Bank” SÖZ VERDİ – Qazinin BORCU silinəcək - AÇIQLAMA

25388

Vətən müharibəsində bədəninin 50 faizi iflic olan qazinin maaşından kredit çıxan “Kapital Bank” borcu siləcəyinə söz verib. 

Bu barədə Bizim.Media-ya Suqovuşan uğrunda gedən ağır döyüşlərdə yaralanan 1996-cı il təvəllüdlü baş leytenant Cavad Qələndərlinin anası Ülkər Həsənova məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Məcburi köçkünlərin 5 manatını kəsən KAPİTAL BANKIN niyə səsi çıxmır? - ŞİKAYƏT


Ana qeyd edib ki, ötən gün oğlu ilə bağlı məsələni ictimailəşdirəndən sonra “Kapital Bank” onunla əlaqə saxlayıb və növbəti iş həftəsindən etibarən borcun dondurulmasını vəd edib:

“Sağ olsun ictimaiyyət, hər kəsə təşəkkür edirəm ki, çağırışımı cavabsız qoymadılar. Kapital Bank da borcun dayandırılmasına söz verdi. İnşaallah ki, edərlər. Hər halda yalan olmaz”.

Ananın bildirdiyinə görə bank 12 manat borcun 2500 manatını oğlunun əməkhaqqı kartından çıxıb. Ağır xəstə olan oğlunun problemləri çox olduğundan borcu ödəməkdə çətinlikləri yaranıb.

Ülkər Həsənova onu da əlavə edib ki, bədəninin 50 faizindən çoxu iflic və ağır yataq xəstəsi olan oğlu YAŞAT Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunur:

“Oğlumun beldən aşağı heç bir orqanı işləmir. Çanaq üzvləri və ayaqları iflic olub. Sidiyə çıxa bilmir. Bir tərəfdən də böyük yataq yarası var. 3 aydır ki, Türkiyədəki həkimlər o yara il ilə mübarizə aparırlar. Sağalmır. Yaxşı proqnoz vermirlər. Burdakı həkimlər də deyirdilər ki, yerimə qabiliyyətinin bərpa olunması mümkünsüzdür. Heç olmasa aşağı orqanlarını fəaliyyəti işə düşməsini ümid edirik”. 

Məsələ ilə bağlı “Kapital Bank”a sorğu ünvanlasaq da cavablandırılmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO