
- A-
- A
- A+
Cəmiyyət
10:32 / 03.01.2019
Tətildən qayıdandan sonra insanların çoxu niyə iş rejiminə öyrəşə bilmir? - MƏSLƏHƏT...
Hazırda oxunan: Tətildən qayıdandan sonra insanların çoxu niyə iş rejiminə öyrəşə bilmir? - MƏSLƏHƏT...
253484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Tətil günlərindən sonra çoxumuz yenidən işə başlamaq həvəsində olmuruq. İşə qayıdan zaman çox yorğun, aqressiv və ya yuxulu oluruq. Bəs, bunları aradan qaldırmaq üçün nələri etməliyik?xa0
Moderator.az-ın bu sualına cavab verən klinik-psixoloq Lalə Hüseynova bildirib ki, hər bir insanın müəyyən tətilə, istirahətə ehtiyacı olsa da, tətildən sonrakı yorğunluq halları da qaçılmazdır:
xa0“İnsan tətil etdiyi zaman iş yorğunluğunu atmağı düşünsə də tətildən sonra adaptasiya olunma sindromu başlayır ki, belə insanlarda stress, yuxusuzluq, gərginlik yaranmağa başlayır. Bunun da səbəbi motivasiyanın azalmasına gətirib çıxara bilir. Araşdırmaların 50 faizinə görə, tətildən qayıdan insanların 50 faizi motivasiyasız olurlar, ruh düşgünlüyünə uğrayırlar. Bu zaman insanlar istirahət etdiyindən bədən iş rejiminə alışmaqda çətinlik çəkir, ikincisi, yorğunluq əmələ gəlir ki, bu da gərginliyin yaranmasına səbəb olur. Bütün bunları aradan qaldırmaq və alışqanlığımızın yenidən qayıtması üçün bunları etməliyik:
1. Tətil zamanı harasa səyahət etmişiksə, səfərimizi elə planlamalıyıq ki, işə başlamazdan ən azı iki gün öncə evə dönüb, yol yorğunluğumuzu çıxaraq və sonra işə başlayaq. Ən azından adaptasiya oluna bilək.
2. Tətildən qayıdandan sonra insanların çoxu iş rejiminə öyrəşə bilmədiyindən, ən əsas iş planımızı hazırlamalıyıq. Tətil dönüşü hansı işləri görəcəyiksə onun planını yazmalıyıq və çalışmalıyıq ki, o plandan kənara çıxmadan hərəkət edək. Və ən əsası planımızı sadə tərtib etməliyik ki, ilk iş günü çox yorulmayaq.xa0xa0
3. İşə başlamazdan əvvəl işdən əlavə məşğuliyyətlər haqqında da düşünməliyik. Məsələn, idmana qatılmaq, yürüyüşə çıxmaq, işdən sonra müəyyən əyləncələrdə və ya istirahət edə biləcəyimiz məkanlara getmək və s.xa0
Uzun və ya bir neçə günlük fasilədən sonra işə qayıdırıqsa plan və düzənimizə ciddi şəkildə riayət etsək, müəyyən müddətdən sonra artıq bədənimiz buna adaptə olunacaq və gərginliyi atıb iş rejiminə başlayacağıq”.
Ülviyyə Qarayeva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































