Polşa nümayəndə heyəti Hərbi İnstitutda - FOTO

Polşa nümayəndə heyəti Hərbi İnstitutda - FOTO

Hazırda oxunan: Polşa nümayəndə heyəti Hərbi İnstitutda - FOTO
253318
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda səfərdə olan Polşa Respublikasının Yaroslav Dombrovski adına Hərbi Texnologiyalar Universitetinin ingilis dili müəllimlərindən ibarət nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində qonaqlar institutun tarixi və fəaliyyəti ilə yaxından tanış olub, təhsil müəssisəsinin keçdiyi şərəfli yol barədə ətraflı təqdimatı izləyiblər.
 

Tədbir zamanı nümayəndələr institutda həyata keçirilən tədris prosesi, tədris proqramları və təlim sisteminin əsas istiqamətləri haqqında məlumatlandırılıblar.


Görüşdə ingilis dili fənninin tədrisi ilə bağlı qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndələrin sualları ətraflı şəkildə cavablandırılıb.

Yekunda nümayəndə heyəti institutun muzeyi ilə də yaxından tanış olub.

Polşa nümayəndə heyəti Hərbi İnstitutda - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO