“Azərlotereya” 2024-cü ildə 92.4 milyon manat vergi ödəyib - FOTO

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon manat vergi ödəyib - FOTO

Hazırda oxunan: “Azərlotereya” 2024-cü ildə 92.4 milyon manat vergi ödəyib - FOTO
252991
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
 

2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib.



Bununla yanaşı, şirkətin xalis mənfəəti 61,8 milyon manat təşkil edib.

2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya” ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib. Şirkətin 2023-cü ilin sonunda cəmi aktivləri 96,7 milyon manat olub.

Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 32 faiz artaraq, 38,8 milyon manata çatıb.

“Azərlotereya” ASC 2024-cü il hesabat dövrünə aid 92.4 milyon vergi ödəyib. Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği 70.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2023-ci ildə bu göstərici 63.2 milyon manat olub. Hesabatla daha ətraflı “Azərlotereya” ASC-nin saytından tanış ola bilərsiniz.

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon manat vergi ödəyib - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO