Bakıda ananı döyən oğula 3 ay HƏBS

Bakıda ananı döyən oğula 3 ay HƏBS

Hazırda oxunan: Bakıda ananı döyən oğula 3 ay HƏBS
252907
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Sabunçu rayonunda anasını döyən oğulun məhkəmə prosesi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin hökmünə əsasən, 1986-cı il təvəllüdlü Röyal Qafarov (soyad şərtidir) 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Rəcəbova Elnurənin sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş qadın bildirib ki, oğlu spirtli içki alüdəçisidir və bu səbəbdən evdə tez-tez problemlər yaradır. Oğlu tərəfindən döyülən qadın övladından şikayətini geri çəkməyib və məhkəmədən ona cəza verilməsini xahiş edib.
 

Röyal isə hadisəni spirtli içki təsiri altında törətdiyini, anasının üz və baş nahiyəsinə zərbələr endirdiyini xatırlamadığını deyib.


Qeyd edək ki, CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması (bax) və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO