Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 15.00-dan sonra...

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 15.00-dan sonra...

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 15.00-dan sonra...
252557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 2-də səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub.

Bu barədə Bizim.Media-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat evrilib.

Bildirilib ki, saat 9.00-dan sonra qasırğanın gücü 5, saat 12.00-dan sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı Yerə nisbətən təsirsiz ötüşür.
 

Yüksək coğrafi enliklərdə saat 12.00-dək maqnit qasırğasının gücünün 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4, iyunun 3-ü saat 03.00-12.00 aralığında 5-6 bal olacağı gözlənilir. Orta coğrafi enliklərdə iyunun 2-də saat 15.00-dan sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq.


Yaranan qasırğalar Günəşdə baş vermiş alışmaların STEREO və LASCO koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olunub. Mayın 31-də baş vermiş tac kütlə atılması Yer yaxınlığından keçərək maqnit qasırğası yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO