Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçirilir - FOTO

Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçirilir - FOTO

Hazırda oxunan: Naxçıvanda “Uşaqların rəngli dünyası” festivalı keçirilir - FOTO
252414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqların rəngli dünyası” festivalı keçirilir.

Bizim.Media xəbər verir ki, festival ərazisi xüsusi dekorlarla bəzədilib və beş əsas zona qurulub.

"Təhsil zonası”nda uşaqlar üçün müxtəlif yaradıcı və maarifləndirici dərnəklər fəaliyyət göstərir.

Burada xalçatoxuma, STEAM, frontal zəka oyunları, dulusçuluq, döymə, oyma, rəsm, muncuq işi və digər sahələr üzrə stendlər nümayiş olunur. “İdman zonası”nda isə stolüstü tennis, şahmat, voleybol, “Şən startlar” və müxtəlif əyləncəli uşaq oyunları təşkil edilib.

Qeyd edək ki, “Uşaqların rəngli dünyası” festivalı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, muxtar respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilir. (Apa.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO