Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub - FOTO

Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub - FOTO

Hazırda oxunan: Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub - FOTO
252229
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ankara şəhərində səfərdədir.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti mayın 30-da Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə tanış olub.

AMM-in direktoru Samir Abbasov mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti AMM-in layihəsi ilə Türkiyənin Qazi Universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağı”nın və Azərbaycan dili kurslarının açılışında iştirak edib.

Əvvəlcə universitetin rektoru, professor Uğur Ünal ilə nümayəndə heyətinin görüşü olub.

Söhbət zamanı universitetində yaradılan “Azərbaycan dilinin tədrisi ocağı”nın əhəmiyyəti vurğulanıb. Nazir müavini yaradılan şəraitə və dəstəyə görə rektora təşəkkür edib.

Daha sonra Azərbaycan dili kursunun açılışı olub. Rektor iki ölkə arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə əlaqələrin inkişafında özünü göstərdiyini deyib.

Öz növbəsində Səadət Yusifova tədris ocağının iki qardaş ölkə arasında mədəni əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildirib.

Sonda Azərbaycan dili kursu dinləyicilərinin çıxışları təqdim olunub.

Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub - FOTO - foto 1
Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub - FOTO - foto 2
Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı”nın açılışı olub - FOTO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO