Bu şadlıq sarayı toy sahiblərini belə aldadır - İDDİA

Bu şadlıq sarayı toy sahiblərini belə aldadır - İDDİA

Hazırda oxunan: Bu şadlıq sarayı toy sahiblərini belə aldadır - İDDİA
251850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhərində fəaliyyət göstərən "Sevgilim" şadlıq sarayının xidmətlərindən toy sahibləri şikayət ediblər.

Bizim.Media xəbər verir ki, onların sözlərinə görə, sifariş verdikləri menyu və xidmət göstərilən standartlar arasında böyük fərq olub və bunun nəticəsində onlar özlərinin aldadıldığını iddia edirlər.

Toy sahibi bildirib ki, 25 may 2025-ci il tarixində şadlıq sarayında 40 manatlıq menyu sifariş olunub.

Lakin, xidmət zamanı menyuya daxil olan yeməklər qonaq sayına uyğun verilməyib. Xidmətçilərdən yemək tələb etdikdə isə uzun müddət cavab ala bilməyiblər. Administratorun verdiyi sözlər isə reallıqda təsdiqlənməyib.
 

Müştəri əlavə edib ki, yeməklərin keyfiyyəti və miqdarı qənaətbəxş olmayıb, məsələn, kabab yalnız bir neçə tikə təqdim olunub, hətta suyun belə vaxtında gətirilməməsi müşahidə olunub. Həmçinin, tort və digər şirniyyatlar qonaqlara kifayət qədər təqdim edilməyib, müdiriyyət tərəfindən məhdudiyyətlər qoyulub.


Toy sahibləri həmçinin bildirir ki, əvvəlcədən razılaşdırılan əlavə xidmətlər, yəni 50 manatlıq xınayaxdı, davul və 30 manatlıq albom onlar üçün hədiyyə adı altında təqdim ediləcəkmiş, amma reallıqda bu vədlər yerinə yetirilməyib.

Məsələ ilə bağlı ekspertlər şadlıq sarayları ilə bağlı diqqətli olmağa və toy təşkil edənlərin xidmət şərtlərini yazılı şəkildə təsdiqləmələrinin vacib olduğunu vurğulayırlar. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO