ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO

ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO

Hazırda oxunan: ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO
251398
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Nyu-York şəhərində Amerika Azərbaycan Gənclər idman Asosasiyasının və  Azərbaycan New York Asosasiyası təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 107 illiyi münasibəti ilə böyük tədbir keçirilib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Azərbaycan himnini oxuyublar.

Tədbiri giriş sözü ilə açan Amerika Azərbaycan Gənclər idman Asosasiyasının prezidenti Elgün Xanoğlanlı bu tədbirin daha da geniş rezonans doğurması üçün ABŞ-da yaşayan bütün həmyerlilərimizi məlumatlandırdıqlarını qeyd edib.

Elgün Xanoğlanlı qeyd edib ki, bu tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması, diaspor üzvləri arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

“Eyni zamanda, bu tədbirlər vasitəsilə Azərbaycan-ABŞ münasibətlərinin inkişafına da töhfə verilir. Bu tədbir  artıq bir  ənənə halına gəlib. Hər il  ABŞ-da yaşayan həmyerlilərimiz və Türkiyə vətəndaşları birlikdə bu bayramı böyük coşqu ilə qeyd edirlər.
 

Tədbirdə iştirak etmək üçün ABŞ-a səfər edən  “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri,  Önder.tv-nin rəhbəri  Ramil Əliyev və “Demokrat.az” internet xəbər portalının baş redaktoru Vasif Həsənli  ABŞ-da yaşayan həmyerlilərimizi 28 may Respublika günü münasibətilə təbrik ediblər.


Azərbaycandan gətirilən kitablar və bayraqlar həmyerlilərimizə təqdim edilib.

“İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri,  Önder.tv-nin rəhbəri  Ramil Əliyev Şəhid Mayor Vüsal Vəliyevin həyatından bəhz edən  “Qisas 44” adlı kitabı Amerika Azərbaycan Gənclər idman Asosasiyasının prezidenti Elgün Xanoğlanlıya təqdim edib.

Tədbirə verdikləri önəmə görə “İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev və “Demokrat.az” internet xəbər portalının baş redaktoru Vasif Həsənli və Eldar Heydərov Amerika Azərbaycan Gənclər idman Asosasiyası tərəfindən mükafatlandırılıblar.

ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 1
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 2
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 3
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 4
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 5
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 6
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 7
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 8
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 9
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 10
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 11
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 12
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 13
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 14
ABŞ-da möhtəşəm Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi – FOTO - foto 15

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO