Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə QOYULACAQ – VİDEO

Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə QOYULACAQ – VİDEO

Hazırda oxunan: Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə QOYULACAQ – VİDEO
251043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı yerdə həyatını itirənlərin xatirəsinə abidə qoyulacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “NewTimes.kz” nəşri məlumat yayıb.
 

Yerli icra hakimiyyətinin məlumatına görə abidə yerli sakinlərin təşəbbüsü ilə tikiləcək. Artıq sözügedən ərazi hasara alınıb və yaxınlıqda skamyalar yerləşdirilib.


Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Onlar ll Fəxri xiyabanda dəfn ediliblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO