“Valideynlər özünü müəllimə göstərmək üçün rüşvət verirlər” — Deputatdan ŞOK AÇIQLAMA

“Valideynlər özünü müəllimə göstərmək üçün rüşvət verirlər” — Deputatdan ŞOK AÇIQLAMA

Hazırda oxunan: “Valideynlər özünü müəllimə göstərmək üçün rüşvət verirlər” — Deputatdan ŞOK AÇIQLAMA
249528
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Təhsil sahəsində rüşvət problemlərindən birdəfəlik xilas olmalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu “demokrat.az”a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, təhsil sahəsində hər dəfə bu cür xəbərlərin çıxması üzücüdür:

“Təhsil elə bir sahədir ki, orada belə hallar baş verməməlidir. Biz təhsilimizi, təhsildəki mühüm məsələləri müzakirə etməli olduğumuz halda, bunlarla üzləşirik. Bu, yolverilməzdir.

Burada bir neçə tərəf məsuliyyət daşıyır. Bütün məsuliyyəti dövlətin, məktəbin üzərinə qoymaq düzgün olmaz. Valideynlər də məsuliyyət daşıyırlar, onlar da belə şeylərdən çəkinməlidirlər.

Təəssüf ki, bəzən valideynlər özləri də yaxşı görsənmək üçün, özlərini direktora, müəllimə göstərmək üçün bu yollara əl atırlar. Biz birdəfəlik təhsildə bu cür məsələlərdən xilas olmalıyıq. Bu məsələlər bitməlidir, biz bunları müzakirə etməli deyilik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO