Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər

Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər

Hazırda oxunan: Azərbaycanda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
249421
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə vermək istəyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş öz verilişində məlumat verib.

O qeyd edib ki, qurulan toy məclisinin qarşısı alınıb:

"Mənə Sabirabad tərərfdən güclü bir qarğış küləyi gəlir. Çünki gecə ilə aldığım məlumatla bu gün Sabirabadın Yenikənd kəndində qurulan bir toy mərasimi ləğv edilib.

Ona görə ki, bu toyda əyləşən qızın heç 17 yaşı tamam olmayıb. Məni bilirəm ki, indi bizi izləyirlər. Qulağıma bir-iki söz çatır. Mən axı dedim ki, darvazanın o biri tərəfində bizim əməkdaşlarımız var.

O toy bu gün olmayacaq. 16 yaşlı bir uşağı məndə olan məlumata görə 33 yaşlı xalası oğluna məcbur ərə vermək istəyiblər. Qohum evlilikləri iyunun 1-dən rəsmi olaraq qadağan olunacaq. Ona görə də belə tələsik etmək istəyirdilər ki, iyunun 1-dən dövlət qadağa edəcək. Hətta eşitdiyimə görə, toy üçün 20 min xərc çəkilibmiş. İndi orada çal-çağır olmalı idi". (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO