Gürcüstan parlamentinin azərbaycanlı deputatları dünən başa çatan yekunlaşan prezident seçkilərini dəyərləndiriblər.xa0
Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev və Ruslan Hacıyev sona çatmış seçkilərin ölkənin taleyində mühüm rol oynayacağını bildiriblər.xa0
“Bir neçə aylıq marafon tamamlandı və Gürcüstan əhalisi prinsipial seçimini etdi”.
xa0Bu sözləri Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib. O, seçkilərdə aktivlik göstərən vətəndaşlara minnətdarlığını bildirib:
“Qardabani əhalisi fəalxa0 şəkildə qalib gəldi və səsini verdi. Mən bu müddət ərzində yanımızda olan, yorulmadan çalışan insanlara “cox sağ olun” deyirəm. Biz bu nəticəni onların sayəsində əldə etdik. 28 noyabr tarixində seçki məntəqəsinə gedib, özünün və övladlarının gələcəyinə səs verən hər kəsə təşəkkür edirəm”.xa0
“Ölkəmizdə keçirilən prezident seçkilərində iştirak edib dəyərli səsinini layiqli namizəd olan Salome Zurabişviliyəxa0 verdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm”.xa0
Bu fikirləri isə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev deyib. R.Hacıyev deyib ki, ölkə və bölgə üçün bu seçkilərin böyük əhəmiyyəti var:xa0
“Sizi əmin edə bilərəm ki, bundan sonra da, hakimiyyətimiz ölkəmizin inkişafı, rifahı, əmin-amanlığı və uğurlu gələcəyi üçün əlindən gələni edəcək. Gürcüstanımız, regionumuz və Marneulimiz üçün yeni inkişaf mərhələsi başlayır, biz hər bir vətəndaşın yanındayıq və sizinlə birlikdə vətənimizi daha aydın gələcəyə və inkişafa doğru aparacağıq”.
Qeyd edək ki, prezident seçkilərinin dünən keçirilən ikinci turunda hakim partiyanın dəstəklədiyi müstəqil namizdə Salome Zurabişvili qalib gəlib.
Elnur Eltürk






























































































