Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anıldı - FOTO/VİDEO

Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anıldı - FOTO/VİDEO

Hazırda oxunan: Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anıldı - FOTO/VİDEO
248653
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbirlər planına əsasən Ulu Öndərin bölgələrdəki abidələri ziyarət olunub, önünə gül dəstələri düzülüb, ictimai-siyasi hazırlıq məşğələləri, dəyirmi masalar və konfranslar təşkil edilib. Həmçinin tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri və müxtəlif idman yarışları keçirilib.

Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə Ümummilli Liderin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələr üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı taleyüklü addımlar minnətdarlıq hissi ilə xatırlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində Azərbaycanın sabit inkişaf yoluna qədəm qoyduğu, ordu quruculuğu prosesinin həyata keçirildiyi diqqətə çatdırılıb.


Bildirilib ki, bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirilir.

Silsilə tədbirlər çərçivəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivləri tərəfindən hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar təqdim edilib.



Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anıldı - FOTO/VİDEO - foto 1
Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anıldı - FOTO/VİDEO - foto 2
Ulu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anıldı - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO