14 gün süni tənəffüs aparatına qoşulan üçəmlərin həyatı XİLAS olub - FOTO

14 gün süni tənəffüs aparatına qoşulan üçəmlərin həyatı XİLAS olub - FOTO

Hazırda oxunan: 14 gün süni tənəffüs aparatına qoşulan üçəmlərin həyatı XİLAS olub - FOTO
248279
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub.

Bizim.Media xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzində riskli hamiləlik keçirən ananın üçəmləri dünyaya gəlib. Həkimlərin intensiv müalicə tədbirləri nəticəsində ananın və yenidoğulmuşların həyatı üçün təhlükə aradan qalxıb.

12 ildən sonra riskli hamiləlik dövrü keçirən 1996-cı il təvəllüdlü Quba rayon sakini 22.04.2025-ci il tarixində, hamiləliyinin 35–36-cı həftəsində Quba Regional Perinatal Mərkəzinə hospitalizasiya olunub.

İcra olunan qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində ananın ilk hamiləliyindən 3 körpə (kişi cinsli) dünyaya gəlib. Üçəmlər doğulduğu zaman vəziyyətləri ağır qiymətləndirilib, 2 kq., 2 kq. və 1 kq. 800 qr. çəkidə doğulan körpələr küvəz rejimində uzun müddət tənəffüs dəstəyi ilə təmin olunublar.

Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində körpələr 14 gün ərzində stasionar müalicəyə cəlb olunublar.

Zəruri müayinə və müalicə prosesindən sonra üçəmlərin və ananın vəziyyəti stabil qiymətləndirilib, ötən gün sağlam şəkildə evə buraxılıblar.

14 gün süni tənəffüs aparatına qoşulan üçəmlərin həyatı XİLAS olub - FOTO - foto 1
14 gün süni tənəffüs aparatına qoşulan üçəmlərin həyatı XİLAS olub - FOTO - foto 2
14 gün süni tənəffüs aparatına qoşulan üçəmlərin həyatı XİLAS olub - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO