Gömrük nəzarətindən gizlədilmiş mallar aşkar edildi - FOTO

Gömrük nəzarətindən gizlədilmiş mallar aşkar edildi - FOTO

Hazırda oxunan: Gömrük nəzarətindən gizlədilmiş mallar aşkar edildi - FOTO

248238
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Kia Rio” markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin yük yerindəki qara rəngli polietilen paketlərdən, 4 ədəd plastik qabda, ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2000 ədəd “Parliament Heets” və 200 ədəd “Parliament Compact” markalı siqaretlər, 2 ədəd “Samsung Galaxy S9” markalı mobil telefonlar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Natiq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO