Kişilər niyə daha TEZ ÖLÜR?

Kişilər niyə daha TEZ ÖLÜR?

Hazırda oxunan: Kişilər niyə daha TEZ ÖLÜR?
248204
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aparılan qlobal araşdırmalar göstərib ki, kişilər qadınlara nisbətən daha az yaşayır.

Bizim.Media xəbər verir ki, bu fərqin səbəbləri bioloji, davranış və sosial amillərlə əlaqəlidir.

“PLOS Medicine” jurnalında dərc olunan yeni araşdırma kişi və qadınlar arasında mövcud olan fərqləri müəyyən edib.

Alimlərin fikrincə, cinsiyyət (bioloji fərqlər) və gender (sosial və mədəni rol fərqləri) sağlamlıq nəticələrinə əhəmiyyətli təsir göstərir.
 

Aparılan yeni beynəlxalq tədqiqat 204 ölkənin məlumatlarını təhlil edərək, kişilərin qadınlara nisbətən daha yüksək xəstəlik yayılması və ölüm səviyyəsinə malik olduğunu üzə çıxarıb. Kişilər həmçinin tibbi yardım üçün həkimə müraciət etmir və müalicəyə uyğun davranmırlar.


Onların immun sistemi qadınlara nisbətən zəifdir, bu da kişiləri infeksiyalara və xəstəliklərə daha həssas edir. Bundan əlavə, güclü cinsin nümayəndələrinin daha çox zərərli vərdişləri olur. Bu cür davranışlar isə qəza və travma riskini artırır.

Alimlərin fikrincə, kişilərin daha uzun yaşamağı üçün onlara sağlam həyat tərzini təşviq etmək, riskli davranışları azaltmaq və sağlamlıq xidmətlərinə əlçatanlığı artırmaq vacibdir.

Cəmiyyətin kişilərin emosional və psixoloji ehtiyaclarını daha yaxşı başa düşməsi və dəstəkləməsi də çox əhəmiyyətlidir. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO