"Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR

"Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR

Hazırda oxunan: "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
248148
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Google" "Gmail" istifadəçilərinə kiberhücum təhlükəsi ilə bağlı təcili xəbərdarlıq göndərib.

Bizim.Media "Daily Mail"ə istinadən xəbər verir ki, milyonlarla "Gmail" istifadəçisi son aylarda fişinq hücumlarının hədəfinə çevrilib.

Şirkət bildirir ki, bu “mürəkkəb” hücum 1,8 milyard istifadəçini risk altına alıb.

"İstifadəçilər 7 gün ərzində öz hesablarını qorumaq üçün təhlükəsizlik tədbirlərini aktivləşdirməlidirlər. Bu məqsədlə, istifadəçilər hesablarına bərpa üçün telefon nömrəsi və ya alternativ e-poçt ünvanı əlavə etməlidirlər.

Belə hücumlara məruz qalan şəxslər panikaya düşməməlidir. Əgər hesab kilidlənibsə belə, bir həftə ərzində geri bərpa etmək mümkündür. Şirkət sizdən heç vaxt parol və ya şəxsi məlumat istəməz. Şübhəli bildirişlərə qarşı diqqətli olun və təhlükəsizlik ayarlarınızı yoxlayın.”

Fişinq hücumunun detalları "Ethereum"un yaradıcısı Nik Conson tərəfindən ortaya çıxarılıb. O bildirib ki, saxta dəstək portalı görünüşündə hazırlanan bir səhifə, istifadəçiləri şəxsi məlumatlarını paylaşmağa sövq edir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO