
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 05.05.2025
1 dəq oxunma
Azərbaycanda məhkəmə sədri özü barəsində qərar QƏBUL ETDİ
Hazırda oxunan: Azərbaycanda məhkəmə sədri özü barəsində qərar QƏBUL ETDİ
247695
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.
Bizim.Media xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.
İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib.
Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.
Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib. (Modern.az)
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































