XƏBƏRDARLIQ: Axşam saat 8-dən sonra dərs oxumaq sağlamlığa ZİYANDIR

XƏBƏRDARLIQ: Axşam saat 8-dən sonra dərs oxumaq sağlamlığa ZİYANDIR

Hazırda oxunan: XƏBƏRDARLIQ: Axşam saat 8-dən sonra dərs oxumaq sağlamlığa ZİYANDIR
246700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstər tələbələr, istərsə də məktəblilər arasında dərsdən gəldikdən sonra belə,  gecəyə kimi dərs edənlər çoxdur. Həmçinin, onların əksəriyyəti kurslardan, məşğələlərdən axşam qayıdırlar.

Əlbəttə, bu onların dərslərində uğur qazanmasına səbəb ola bilər, ancaq mütəxəssislər bildirirlər ki,  bu, sağlamlıqlarına da zərər verə bilir.

Məsələn, Vyetnamın Hoşimin şəhərində  hökumət orqanları axşam saat 20:00-dan sonra bütün dərs məşğələlərini qadağan edib. Burada məqsəd məktəblilərin  və tələbələrin  yorğunluğunun  azaldılması sağlamlıqlarının qorunmasıdır.

Bəs həqiqətən də saat 8-dən sonra dərs oxumaq zərərlidirmi?

Ailə və uşaq psixoloqu Aynur İsmayılova Bizim.Media-ya açıqlamasında bu fikri təsdiqləyib:

XƏBƏRDARLIQ: Axşam saat 8-dən sonra dərs oxumaq sağlamlığa ZİYANDIR - foto 1
“Səhər saat 8-dən günorta 3-ə qədər ki vaxt beyinin ən  aktiv bilik qavrama saatları olur.  Bu saatlarda nə oxunursa, yadda qalır. Ancaq axşam saat 8-də  insanın bədəninin yatmaq, istirahət etmək saatıdır. Buna görə də o saatda oxunan dərs yadda qalmır. Çünki burada avtomatik diqqət zəifliyi olur”.

Aynur İsmayılova deyir ki, bu, bədənin getdikcə yuxuya öyrəşməsiylə əlaqəlidir.

“Axı uşaq yaşlarda heç vaxt axşam 8-də dərs oxunmayıb, insan adaptasiya olur ki, axşam saat 9-10-da yatsın. Bu elə bir adaptasiyadır  ki, axşam 8-dən sonra  insan nə qədər çalışsa da, yadda saxlama mexanizmi təxmini 20 % olur. Bu da indiki informasiyanın çoxluğu dövründə  yorğunluq gətirir. Buna görə də axşam 8-dən sonra dərs oxumaq effektiv deyil”. 
 

Maraqlıdır ki, əgər gec saatlara qədər dərs oxumaq sağlamlığa ziyandırsa, bəs universitetə hazırlaşan abituriyentlər və yaxud semestr imtahanı verəcək tələbələr necə etsinlər ki, dərslərində uğur qazansınlar?


“Axşam  gec saatlara qədər dərs oxumaq  əvəzinə, səhər saat 7-də, 8-də dərs oxumaq daha effektivdir. Çünki bu saatlarda  oxunan dərs daha yadda qalar”, - deyə psixoloq cavab verib.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO