Həbs edilən “Prius”un sürücüsündən YENİ XƏBƏR var

Həbs edilən “Prius”un sürücüsündən YENİ XƏBƏR var

Hazırda oxunan: Həbs edilən “Prius”un sürücüsündən YENİ XƏBƏR var
246419
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali Məhkəmədə avtomobillə qəza törətməkdə təqsirləndirilən 1980-ci il təvəllüdlü Süleyman Bağırovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kasassiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

Bizim.Media xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest təmin edilməyib.

İttihama görə, hadisə 2023-cü il dekabrın 12-də Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb. Belə ki, S.Bağırovun “Yango” proqramı üzrə taksi kimi sürdüyü avtomobil Zığ yolunda “Tata” markalı evakuatora çırpılıb. Nəticədə “Toyota Prius”dakı sərnişin, ön oturacaqda əyləşmiş 2001-ci il təvəllüdlü Ramilə Ramil qızı Əlizadə aldığı xəsarətlərdən 3 saylı Klinik Xəstəxanada ölüb.
 

Onunla birgə taksidə olan digər iki xanım sərnişin isə xəsarət alıb. Məlum olub ki, qəzaya düşən qadınlar gözəllik salonunda birgə çalışıb və hadisə vaxtı taksi ilə Mərdəkandan Əhmədliyə gedirmiş. Hadisədən sonra əraziyə FHN əməkdaşları gəlib və Ramilə Əlizadəni ağır vəziyyətdə əzilmiş maşından çıxarıblar.


Suraxanı Rayon Məhkəməsi S.Bağırovu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. O, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə təmin etməyib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO