Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO

Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO

Hazırda oxunan: Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO
245715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub.

Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.

Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO - foto 1
Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO - foto 2
Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO - foto 3
Bərdə bazarında satılan pendir və nehrə yağlarında bakteriya aşkarlandı – FOTO - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO