"Həmin toyda yerə 200 min dollar səpiblər"

"Həmin toyda yerə 200 min dollar səpiblər"

Hazırda oxunan: "Həmin toyda yerə 200 min dollar səpiblər"
245094
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Toy olub ki, nə qədər pul veriblər. Məni maşınımla, hansısa maşın yanında şəkil çəkdirən görmüsünüz? Jurnalist çəkə bilər, bu başqadır. Bunlar məndən uzaqdır. Mən hər şeyin dibini görmüşəm. Elə insanlar var ki, bizim 1 ildə qazandığımızı 1 həftədə qazanırlar".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Gün ortası" verilişində deyib. Müğənni toyda şabaş verilməsini və ifaçıların bunu nümayiş etdirməsini qınayıb:

"Puldan heç kim imtina etmir. Amma estetik görüntü var. Elə müğənnilər olub ki, məclisdə 100, 150, 200 min dollar yerə pul tökülüb. Görün onun görüntüsü çıxıb? Ancaq səs-sədasını eşitdik.

Bunları paylaşmaq düzgün deyil. Birincisi, elə insanlar var ki, ələ verilən pula ehtiyacı var.

İkincisi, çox gülməli görünürsünüz. Yazılmayan qanunlar var: oxuduğun yerdə insan səni sayıb əlinə pul verir. Amma köməkçin gəlib onu aparmalıdır. Əgər onu cibinə qoyursansa, başqa şeydir"./axşam.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO