Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO

Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO

Hazırda oxunan: Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO
244841
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəhid  Ələsgər Mirzəliyevin nəşinin qalıqları Cəbrayılda torpağa tapşırılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu.

Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəşinin qalıqları doğma yurdu Cəbrayılda torpağa tapşırılıb. 

Şəhid Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl sakinləri tərəfindən izdihamla qarşılanıb, doğulub boya-başa çatdığı və Cocuq Mərcanlı kəndinə gətirilib. Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub. 
 

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.


Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Lələtəpə qəbirstanlığına gətirilib. Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Şəhidin tabutuna bükülən bayraq qardaşına təqdim olunub. 

Qeyd edək ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu 1969-cu ildə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində dünyaya göz açıb.

Birinci Qarabağ müharibəsi zamanı  döyüşlərə qoşulub. 1993-ci il oktyabr ayında Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Ələsgər Mirzəliyev naməlum şəhid olaraq İmişli rayonu Şəmmədli kənd məzarlığında dəfn olunan  şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyatı üzrə təhvil verilib.

Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO - foto 1
Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO - foto 2
Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO - foto 3
Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO - foto 4
Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO - foto 5
Şəhid Ələsgər Mirzəliyev 32 ildən sonra doğma yurduna QOVUŞDU – FOTO - foto 6

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO