Bananı yaşıl halda yemək daha FAYDALI İMİŞ...

Bananı yaşıl halda yemək daha FAYDALI İMİŞ...

Hazırda oxunan: Bananı yaşıl halda yemək daha FAYDALI İMİŞ...
244767
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bizim.Media "El Espanol"a istinadən xəbər verir ki, bu barədə ispan həkimi Uilyam Arias məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yaşıl bananlar rezistent nişasta adlanan xüsusi karbohidrat növü ilə zəngindir.

Bu maddə nazik bağırsaqda həzm olunmur və qalın bağırsağa düşərək orada prebiotik kimi fəaliyyət göstərir. Nəticədə bağırsaq mikroflorası normallaşır və hüceyrələri iltihabdan, həmçinin bədxassəli dəyişikliklərdən qoruyan qısa zəncirli yağ turşularının istehsalı artır.

Uilyam Arias qeyd edib ki, yaşıl bananların faydaları bununla bitmir. Onlar həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edir, ikinci tip şəkərli diabetin inkişafının qarşısını alır, piylənmə ilə mübarizədə effektivdir.

Maraqlıdır ki, yetişmiş bananlar eyni təsirə malik deyil. Mütəxəssis bildirir ki, bir qədər "kal" bananlar tam yetişmiş bananlara nisbətən daha az şəkər və kalori ehtiva edir, eyni zamanda onlarda faydalı qida liflərinin səviyyəsi yüksək qalır. (oxu.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO