Xınalıqda 76 sm qar yağıb – FAKTİKİ HAVA

Xınalıqda 76 sm qar yağıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Xınalıqda 76 sm qar yağıb – FAKTİKİ HAVA
244598
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağan leysan xarakterli yağış səhər saat 6:00-dan etibarən kəsilib.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, düşən yağıntının miqdarı 5 mm-dək olub.

Qərb rayonlarında isə müşahidə olunan yağıntı aprelin 17-si gecə saatlarında kəsilib, lakin bəzi şimal və şərq rayonlarında davam edir. Səhərədək düşən yağıntının miqdarı Quba, Qusar, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada 2-10 mm qeydə alınıb.

Altıağac, Xınalıq, Lerik, Qrız və Xaltanda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Xınalıqda 76 sm, Qrızda 38 sm, Lerik və Xaltanda isə 8 sm təşkil edir.

Bakıda və Abşeron yarımadasında gecə saatlarında şimal-qərb küləyinin maksimal sürəti 28 m/s-dək güclənib, səhər saatlarında isə 20 m/s-dək zəifləyib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 5, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarında isə 2 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO