Yevlaxda şəhid ailələrinə məxsus binada istiliyin verilişi DAYANDIRILIB - ŞİKAYƏT/FOTO

Yevlaxda şəhid ailələrinə məxsus binada istiliyin verilişi DAYANDIRILIB - ŞİKAYƏT/FOTO

Hazırda oxunan: Yevlaxda şəhid ailələrinə məxsus binada istiliyin verilişi DAYANDIRILIB - ŞİKAYƏT/FOTO
244335
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlər havaların kəskin şəkildə pisləşməsi ilə əlaqədar olaraq "Azəristiliktəchizat” ASC balansında olan qazanxanalar və istilik məntəqələrinin hələ bir neçə gün çalışacağı ilə bağlı məlumat yayıb. Buna baxmayaraq, Yevlax rayonunda yerləşən əlil və şəhid ailələrinə məxsus binada istilik verilməsi dayandırılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna şəhid ailəsi Xəyalə Bayramova məlumat verib.

Onun sözlərinə görə, evdə iki azyaşlı xəstə körpələri var və mənzildə heç bir istilik sisteminin olmaması onları çox narahat edir.
 

"Biz birinci mərtəbədə yaşayırıq. Evimiz hədsiz soyuqdur. Bu gün rəhbərliyin istiliyin kəsilməməsi üçün tapşırığı olmasına baxmayaraq, burada kombi sistemi söndürülüb. Çöldə dəhşətli yağış yağır. Hava çox soyuqdur. Mənim evdə əkiz azyaşlı övladlarım var. Hər ikisi də naxoşdur. Artıq bir neçə saatdır ki, evin soyuq olması səbəbindən hərarətləri yenidən qalxıb. Belə davam etsə uşaqlar xəstəxanalıq olacaqlar. Bu binada təkcə bizim deyil, demək olar ki, hər evdə körpə var”.


Məsələ ilə bağlı "Azəristiliktəchizat " ASC mətbuat katibi Elvin Basqallı ilə əlaqə yaratdıq. O, məsələnin həlli üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib.

Yevlaxda şəhid ailələrinə məxsus binada istiliyin verilişi DAYANDIRILIB - ŞİKAYƏT/FOTO - foto 1
Yevlaxda şəhid ailələrinə məxsus binada istiliyin verilişi DAYANDIRILIB - ŞİKAYƏT/FOTO - foto 2

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO