Qusarda gözlənilən yağıntılı hava ilə əlaqədar TAPŞIRIQLAR VERİLDİ - FOTO

Qusarda gözlənilən yağıntılı hava ilə əlaqədar TAPŞIRIQLAR VERİLDİ - FOTO

Hazırda oxunan: Qusarda gözlənilən yağıntılı hava ilə əlaqədar TAPŞIRIQLAR VERİLDİ - FOTO
244125
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

14-17 aprel 2025-ci il tarixlərində respublika ərazisində gözlənilən kəskin hava şəraitinin dəyişməsi ilə əlaqədar rayon ərazisində baş verə biləcək hadisələrin və fəsadların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi üçün bu gün Qusar Rayon İcra Hakimiyyəti başçısının yanında rayon Fövqəladə hallar komissiyasının iclası keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iclasda RİH başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yağıntılı hava şəraiti ilə əlaqədar olaraq mümkün fəsadların qarşısının alınması üçün müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi, təxirəsalınmaz tədbirlərin görülməsinə dair tapşırıqlarını verib.

İclasda təhlükəli hidrometereoloji hadisələrə, sel sularına məruz qalma ehtimalı olan ərazilər, yaşayış məntəqələri müəyyən edilib. Sel təhlükəsi olan ərazilərə yaxın yerlərə cəlb oluna biləcək texnikaların sayı dəqiqləşdirilib, idarələrdə növbətçiliyin təşkili ilə bağlı rayonun xidmət sahələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilib.

Qusarda gözlənilən yağıntılı hava ilə əlaqədar TAPŞIRIQLAR VERİLDİ - FOTO - foto 1
Qusarda gözlənilən yağıntılı hava ilə əlaqədar TAPŞIRIQLAR VERİLDİ - FOTO - foto 2


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO