İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ

İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ
244122
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri işdən çıxarılıb.

Bizim.Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, İntiqam Babayev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilib. Bu barədə qurumun yeni sədri Rüfət Mahmud müvafiq əmr imzalayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti də məlumatı təsdiqləyib.

Qeyd edək ki, İntiqam Babayev 2023-cü ilin yanvar ayından sözügedən vəzifəyə gətirilib. Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub. İ. Babayev 21 il gənclər və idman nazirinin müavini vəzifəsində çalışıb.

Xatıradaq ki, bu ilin fevral ayında Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO