Qarabağ Universitetində beynəlxalq konfrans yekunlaşdı

Qarabağ Universitetində beynəlxalq konfrans yekunlaşdı

Hazırda oxunan: Qarabağ Universitetində beynəlxalq konfrans yekunlaşdı
243870
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransa 75 iştirakçı qoşulub. Tədbirdə tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak ediblər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildiriblər.
 

Çıxışçılar diqqətə çatdırıb ki, Qarabağ Universitetinin Klinikasında tibb sahəsində təhsilin həyata keçirilməsi, tədqiqatların aparılması və bölgədə tibb xidmətlərinin göstərilməsi nəzərdə tutulub.


İki gün davam edən konfransın panel müzakirələrində tədris proqramının inkişafı ilə bağlı zəruri məqamlar, həmçinin tibb və tibb bacılığı üzrə kurikulum inkişafı üçün təhsil strategiyasının əsasları mövzularında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO