Gəncə məktəbində müəllimi döyən şagirdlər iki qardaşdı – İnsidentin səbəbi ilə bağlı TƏFƏRRÜAT

Gəncə məktəbində müəllimi döyən şagirdlər iki qardaşdı – İnsidentin səbəbi ilə bağlı TƏFƏRRÜAT

Hazırda oxunan: Gəncə məktəbində müəllimi döyən şagirdlər iki qardaşdı – İnsidentin səbəbi ilə bağlı TƏFƏRRÜAT
243431
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Gəncə şəhərində 4 saylı xarici dil təmayüllü məktəb liseyində şagirdlərlə müəllim arasında insident yaşanıb.

Bizim.Media-nın yerli bürosu baş verən hadisənin təfərrüatlarını araşdırıb.

Liseyin direktoru Əliağa Səfərəliyev saytımıza açıqlamasında bildirib ki, 10.04.20025-ci il tarixdə 08:45 radələrində məktəbin Azərbaycan bölməsinin idman müəllimi, 1985-ci il təvəllüdlü Fərrux Bəham oğlu Quliyevlə liseyin IX və X sinfində oxuyan 2 qardaş arasında tənəffüsdə mübahisə yaranıb:

“İnsindent təxminən 3-4 dəqiqə davam edib. Rus bölməsinin IX sinfində oxuyan qardaşlardan birinin təhsil müəssisəsində aynanın qarşısında qeyri etik əyləşməsinə müəllimimiz Fərrux Quliyev irad bildirib. Şagirdin buna etirazı onlar arasında mübahisəyə çevrilib. Bu zaman həmin şagirdin qardaşı da müəllimə yaxınlaşıb və hər ikisi müəllimə fiziki təzyiq göstəriblər. Mən eşidən kimi həmin yerə yaxınlaşdım və şagirdləri otağıma apardım.

Məktəbin psixoloqunu da otağa dəvət etdim ki, şagirdlərlə söhbət aparsın. Müəllim də kabinetimə gəldi. Otaqda da növbəti insindent yaşandı. Sonra da polis əməkdaşları məktəbə gəldilər və şagirlərin valideyninin iştirakı ilə onlar polis idarəsinə aparıldılar”.

Direktor onu da əlavə edib ki, hadisə baş verəndən dərhal sonra məktəbin müəllimi Fərrux Quliyev tibbi yardıma və polis orqanlarına müraciət edib:

Hazırda hüquq mühafizə orqanları məsələni araşdırır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO