Bu gün əməkdar incəsənət xadimi Tahir Əkbərin qızı Bəhriyyə xanımın doğum günüdür. Bununla bağlı Moderator.az-a danışan Bəhriyyə xanım, atasının vəfatından sonra bu gün doğum gününü qeyd etmədiyini bildirib:
“Bu gün mənim doğum günümdür, amma atamsız doğum günümü qeyd etmirəm. Atam çox maraqlı adam idi, mənimlə bağlı arzularını heç vaxt söyləməzdi. Yeganə sözü bu idi ki, “Bəhriyyə, bu həyatda çalış ayaq üstdə durmağı bacar”. Mənimlə bağlı bir arzusu var idi, o da məni məzun geyimində görməkdi. Təəssüf ki, görə bilmədi, atamın vəfatından dörd ay sonra universiteti bitirdim”.
Xatırladaq ki, bəstəkar Tahir Əkbər müxtəlif janrlarda xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur. Tahir Əkbər 2017-ci ilin noyabrında insult keçirib və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. O zamandan vəziyyəti ağır olan sənətkar 2 mart 2018-ci ildə evində vəfat edib.xa0
Vasif Əlihüseyn


































































































