Hər il olduğu kimi bu il də paytaxt Bakıda bölgələrdən olan arıçıların öz ballarını satması üçün bal yarmarkası təşkil olunub. Bu gün bal yarmarkasının Tofiq Bəhramov adına Respublika Stadionunda açılışı nəzərdə tutulur.xa0
Bununla bağlı Moderator.az-a Azərbaycan Arıçılar Asossasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib:
“Yarmarkanın açılışı bu gün nəzərdə tutulsa da, havaların qeyri-sabit keçməsi buna imkan vermədi. Yəqin ki, sabah açılış olacaq. Yarmarkada satış üçün 150 ton bal gətirilib vəxa0 üç yüz yetmiş bir nəfər arıçı iştirak edəcək. Onlardan sitrus, çiçək, cökə və az miqdarda şabalıd balıdır. Bal yarmarkasını Kənd Təsərrüfatı nazirliyi təşkil edib. Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasında sonra 30 ton bal standartlara cavab vermədiyindən satışdan çıxarılıb. Bu il qiymətlərdə artım var, bir kiloqram balın qiyməti 25-30 manat nəzərdə tutulub. Yarmarka oktyabrın 28-nə qədər davam edəcək”.
Vasif Əlihüseyn




































































































