Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart ayında 7 600-dən çox müraciət DAXİL OLDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart ayında 7 600-dən çox müraciət DAXİL OLDU

Hazırda oxunan: Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart ayında 7 600-dən çox müraciət DAXİL OLDU
241967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7627 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub.

BŞTİ-dən Bizim.Media-ya bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5253 zəng daxil olub. 

Vətəndaşların Qəbulu Mərkəzinə 1034 müraciət daxil olub.
 

BŞTİ-yə 1151 sənəd (vətəndaşlar tərəfindən 273 ərizə, Elm və Təhsil Nazirliyindən 254, digər qurumlardan 173, tabelikdə olan təhsil müəssisələrindən 315 məktub və 136 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 189 elektron müraciətə baxılıb.


Müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO