Ramazandan sonra bu qidaları yemək olmaz - Siyahı

Ramazandan sonra bu qidaları yemək olmaz - Siyahı

Hazırda oxunan: Ramazandan sonra bu qidaları yemək olmaz - Siyahı
241489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uzun müddət davam edən orucluqdan sonra şirin və ağır yeməklər tövsiyə edilmir.

Bizim.Media xəbər verir ki, bununla bağlı türkiyəli diyetoloq Özgenaz Kazan xəbərdarlıq edib.

Onun sözlərinə görə, orucdan sonra ağır qidalar metabolizmaya yük sala bilər. Buna görə də bayram günlərində yüngül və balanslı qidalanmaq çox vacibdir.

Nələrə diqqət edilməlidir?

Bayramda şirin qidalar - xüsusilə paxlava və digər yüksək şəkər və yağ tərkibli yeməklər - həddindən artıq istehlak edilərsə, mədə-bağırsaq problemlərinə və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Bayram süfrəsində yeməyə qaynadılmış yumurta, pendir, tam taxıllı çörək və tərəvəz kimi yüngül qidalarla başlamaq metabolizmanın balansını qorumağa kömək edir.

Metabolizmanı sürətləndirmək üçün bunları edin:

Su istehlakını artırın: Orucluq zamanı azalan maye istehlakını bərpa etmək üçün bol su içmək lazımdır.

Hərəkət edin: Bayramda bol yeməkdən sonra yüngül gəzintilər qan dövranını və həzmi asanlaşdırır.

Şəkəri məhdudlaşdırın: Şirin qidaları az miqdarda istehlak edin və şəkəri alternativlər, məsələn, meyvələrlə əvəz edin.

Bayram süfrələrində nəzarətli qidalanmaq və balansı qorumaq həm sağlamlıq, həm də metabolizmanın normallaşması üçün vacibdir. Ağır yeməklərdən uzaq duraraq və metabolizmanı dəstəkləyən vərdişlərə diqqət yetirərək bayramı sağlam keçirmək mümkündür. (müsavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO