Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı - VİDEO

Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı - VİDEO

Hazırda oxunan: Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı - VİDEO
241216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Yeni Yasamal yaşayış massivində minik avtomobili yaşayış binasının inşası üçün qazılan xəndəyə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi 5A ünvanında yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, hadisə martın 27-də günorta saatlarında baş verib:

“Sürücü maşını arxaya verəndə xəndəyin kənarlarında quraşdırılan dəmir torları görmədiyi üçün aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Qəza yerinə gələn təcili tibbi yardım briqadasının həkimləri yaralıya ilkin müdaxilə ediblər”.

Həmçinin qeyd olunub ki, xəndək təxminən iki ilə yaxındır qazılıb və bu müddət ərzində orada heç bir tikinti işləri aparılmayıb:

“Bu yaxınlarda ətrafda yaşayan yaşlı sakin də gecə vaxtı xəndəyə yıxılaraq qolunu qırmışdı. Ümumiyyətlə, xəndəyin ətrafında heç bir təhlükəsizlik tədbiri görülməyib. Sadəcə, təzəlikcə xəndəyin ətrafına dəmir torlar çəkilib və qaranlıq düşəndə o da görünmür. (Report)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO