Şəhid jurnalistin qardaşından ÜZÜCÜ PAYLAŞIM - FOTO

Hazırda oxunan: Şəhid jurnalistin qardaşından ÜZÜCÜ PAYLAŞIM - FOTO

24114

İyunun 4-də Kəlbəcərin Susuzluq ərazisində minaya düşərək həlak olan "AzTV"nin operatoru Sirac Abışovun qardaşı Şirzad Səmədov qardaşı haqqında paylaşım edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində yazaraq, ağır günlərində onlara dəstək olan dost və yaxınlarına ailəsi adından təşəkkür edib.
 

MÖVZU İLƏ BAĞLI:

"Sirac Abışov və Məhərrəm İbrahimovun ölümündən şok oldum” - UNESCO-nun Baş direktoru


“Açığı belə bir status yazdığım üçün sözlə ifadə edə bilməyəcək qədər kədərliyəm. Bu ağır günlərdə yanımızda olduğunuz üçün sizə ailəmiz adından çox sağ olun deyirəm. Allah heç birinizə belə dəhşətli anlar yaşatmasın. Nə qədər ağır olsa da, bizim üçün həyat davam edir”.

O, qardaşının yeganə övladını layiqincə boya-başa çatdırmaq üçün dostlarından özünə və ailəsinə səbr diləməyi xahiş edib. 

“Sirac bizi cismən tərk etsə də, ruhən yanımızda olduğuna inanırıq. Çox çətindir bizə, Allahdan səbr diləyin, diləyin ki, yadigar qoyduğu bir övladı Özgür üçün atasızlıq ağrısını qismən də olsa ona az hiss elətdirək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO