Qusar xəstəxanasında xəstələrə aptekin vaxtı keçmiş dərmanları verilir? –SENSASİON FOTOFAKT

Qusar xəstəxanasında xəstələrə aptekin vaxtı keçmiş dərmanları verilir? –SENSASİON FOTOFAKT

Hazırda oxunan: Qusar xəstəxanasında xəstələrə aptekin vaxtı keçmiş dərmanları verilir? –SENSASİON FOTOFAKT
239951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev özünün Facebook hesabında paylaşım edib.

O bildirib ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İ.Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.

M.Mehdiyev həkimlərin qrupundakı yazışmaları da paylaşıb və iddiaların reallığa söykəndiyini söyləyib.

Qeyd edilib ki, yazışmanın kənara çıxmasından sonra İ.Hacıyevanın göstərişi ilə vatsap qrupu bağlanıb:

“Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu vatsap yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan yazışmalara dair araşdırma aparılır:

"Nəticəsi barədə əlavə məlumat veriləcək".

Mövzunu diqqətdə saxlayacağıq.

Qusar xəstəxanasında xəstələrə aptekin vaxtı keçmiş dərmanları verilir? –SENSASİON FOTOFAKT - foto 1
Qusar xəstəxanasında xəstələrə aptekin vaxtı keçmiş dərmanları verilir? –SENSASİON FOTOFAKT - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO