Tural Mailov və Aygün Musayeva yüksək vəzifələrə təyin OLUNDULAR

Tural Mailov və Aygün Musayeva yüksək vəzifələrə təyin OLUNDULAR

Hazırda oxunan: Tural Mailov və Aygün Musayeva yüksək vəzifələrə təyin OLUNDULAR
239753
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin olunublar. 

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmrinə əsasən, Tural Mailov və Aygün Musayeva DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıblar. 

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov yeni təyin olunan hər iki müavini kollektivə təqdim edib. 

Qeyd edək ki, Tural Mailov bundan əvvəl Agentliyin İdarə Heyəti sədrinin müşaviri, Aygün Musayeva isə DOST Xidmətləri departamentinin müdiri vəzifələrində çalışıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO