Bu şəxslər üçün Azərbaycan vətəndaşlığına qəbul prosedurları SADƏLƏŞDİRİLİR

Bu şəxslər üçün Azərbaycan vətəndaşlığına qəbul prosedurları SADƏLƏŞDİRİLİR

Hazırda oxunan: Bu şəxslər üçün Azərbaycan vətəndaşlığına qəbul prosedurları SADƏLƏŞDİRİLİR
239286
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən il münaqişə baş verən ölkələrdə yaşayan və həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması istiqamətində işlərə başlanılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, bu addım azərbaycanlıların müharibələrdə həlak olmasının qarşısının alınması məqsədilə atılıb.

Həmçinin xarici ölkələrdə hərbi münaqişə, dini radikalizm, ekstremizm və insan alveri qurbanı olmuş və ya bu sahədə müəyyən çətinliklərlə üzləşmiş Azərbaycan vətəndaşlarına konsulluq və hüquqi yardımın daha da gücləndirilməsi istiqamətində işlər görülüb.

Bunlarla yanaşı, Azərbaycan vətəndaşlarının repatriasiyası prosesi davam etdirilib.
 

Qeyd edək ki, ötən il deputatlar xaricdə yaşayan azərbaycanlılara hüquqi yardım və dəstəyin daha da gücləndirilməsinə ehtiyac olduğunu bildiriblər. Buna əsas olaraq isə münaqişə baş verən ölkələrdə yaşayan azərbaycanlıların müharibələrdə həlak olması məsələsi göstərilib.


Bu ölkələrin vətəndaşı olan soydaşlarımızın Azərbaycan vətəndaşlığına qəbul edilməsi üçün müəyyən güzəştlərin tətbiq edilməsi və prosedurların asanlaşdırılması Milli Məclis üzvləri tərəfindən təklif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO