Qarabağ qazisi: “Bu göldə çox igidlərimiz batdı 1993-cü ildə… Allah lənət eləsin ikiüzlü insanlara!..”
25 ildən çoxdur işğal altında qalan Sərsəng su anbarının yeni görüntüləri yayılıb. Bu dəfəki video-çəkilişi anbara balıq tutmağa gəlmiş ruslar aparıb.
Moderator24.com Mirkazım Laçın Alxaslının “You Tube”dəki kanalına istinadla həmin görüntüləri nəzərinizə çatdırır. Çəkiliş edən şəxsin rusca şərhinin tərcüməsini də veririk:
“Budur... Dağlıq Qarabağdakı Sərsəng su anbarına gəlmişik... Balıq tutmağa... Görək, nə alınacaq?.. Səhər saat 7-dir... Bu, Tərtər çayının ərazisidir... Balıq var, balıq oynayır... Çoxlu “moyka” balığı var...”
P.S. Videoya yazılmış şərhində 1992-1993-cü ildə Ağdərə istiqamətindəki döyüşlərin iştirakçısı olmuş qazilər belə yazıb:
”Bu göldə çoxlu igidlərimiz batdı 1993-cü ildə... Fevral ayında mən orda döyüşürdüm Mehmanə istiqamətində...”
“Allah rəhmət eləsin, mərd igid Azərbaycan xalqının oğul və qızlarına!..”
“Allah lənət eləsin ikiüzlü insanlara... İgidlər ürəklə döyüşüblər...”
Sultan Laçın


































































































