Qanunsuz kömür istehsal edən şəxslər CƏRİMƏLƏNDİ

Qanunsuz kömür istehsal edən şəxslər CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Qanunsuz kömür istehsal edən şəxslər CƏRİMƏLƏNDİ
239216
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub.

Bizim.Media xəbər verir ki, bu haqda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Göygöl rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu Tülər, Rustov, Gültəpə, Bad, Qəbələ rayonu Pirəlli, Yengicə, Vəndam, Nic, İsmayıllı rayonu Şəbiyan, Oğuz rayonu Bucaq və Müc, Astara rayonu Lomin kənd və qəsəbələri ərazisində qanunsuz kömür istehsal edən şəxslər müəyyən olunub və barələrində akt, protokol tərtib edilərək ümumilikdə 12900 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO