DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda yeni qərar

DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda yeni qərar

Hazırda oxunan: DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda yeni qərar
238756
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qusar rayonundakı terror qruplaşmasına qarşı ilin ən böyük əməliyyatı zamanı saxlanılan şəxslərin həbs müddəti uzadılıb.

Bizim.Media xəbər verir ki, DTX müstəntiqinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılıb.

Məhkəmə ibtidai araşdırmanın davam etdiyini və iş üzrə yeni sübutların toplanmasının vacibliyini nəzərə alaraq saxlanılan şəxslərin istintaq təcridxanasında qalmasını zəruri hesab edib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş şəxslərin qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

Əməliyyatçılara müqavimət göstərərkən qanunsuz silahlı birləşmənin bir neçə üzvü zərərsizləşdirilib.

Cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələrlə ittiham elan edilib. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO