Oruc tutanda yaranan baş ağrılarının SƏBƏBLƏRİ

Oruc tutanda yaranan baş ağrılarının SƏBƏBLƏRİ

Hazırda oxunan: Oruc tutanda yaranan baş ağrılarının SƏBƏBLƏRİ
238253
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ramazan ayında oruc tutanların əksəriyyəti baş ağrısından şikayət edir.

Bizim.Media xəbər verir ki, ağrıya səbəb aşağıdakılardır:

Kofein çatışmazlığı

Bu hal əsasən kofeyə, çaya çox bağlı olan şəxslərdə görülür. Ramazan ayından öncə gün ərzində çox kofe içən adamların bədənində bu maddədən asılılıq yaranır. Oruc olarkən də gün ərzində bu asılılıq özünü baş ağrıları ilə büruzə verir. Səhər imsak edərkən bir fincan tünd kofe içmək sizə kömək edəcək.

Qan şəkərinin düşməsi

Oruca bağlı olaraq qan şəkərinin düşməsi halına çox rast gəlinir. İnsanların gündə bir neçə dəfə yemək tərzindən anidən imtina etməsi qan şəkərinin oynamasına səbəb olur və bu da baş ağrılarına gətirib çıxarır. Ona görə də, Ramazan ayı gəlmədən öncə şirniyyat qəbulunu azaltmaq problemin həllinə yardımçı olacaq.

Susuz qalmaq

İnsan beyninin əksər hissəsi sudan ibarətdir. Gün ərzində uzun müddət su içməmək baş ağrılarına səbəb olur. Beyin susuzluğa dayana bilmək üçün sudan istifadəni azaldır. Bu zaman histamin ifraz edilir ki, bu da baş ağrısı və yorğunluğa səbəb olur. İmsak və iftar zamanı yetəri miqdarda su qəbulu yorğunluq və ağrılara çarə olacaq.

Yuxusuzluq

Yuxu rejiminin pozulması da baş ağrısına səbəb ola bilər. Ona görə, gün ərzində ən az 7 saat yatmaq olduqca vacibdir. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO