Bakıda avtobus sürücüsü ilə sərnişin arasında DAVA

Bakıda avtobus sürücüsü ilə sərnişin arasında DAVA

Hazırda oxunan: Bakıda avtobus sürücüsü ilə sərnişin arasında DAVA
237723
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Esmira Cavadova feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, hadisə “Xətai” metrosu yaxınlığında baş verib.

Məlumata görə, mübahisə sərnişinin 30 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusa orta qapıdan minməsi ilə başlayıb. Bu zaman sürücü sərnişindən ön qapıdan minməsini tələb edib. Sərnişin isə düşüb ön qapıya gələn zaman sürücü qapını bağlayaraq avtobusu hərəkət etdirib.

Sərnişin bundan qıcıqlanaraq avtobusun arxasınca qaçıb və sürücünü növbəti dayanacaqda yaxalayıb. Bu zaman tərəflər arasında qarşılıqlı söyüşlər olub. 

Bütün bunlar avtobusdakı sərnişinlərin gözü qarşısında baş verib. Bu azmış kimi mübahisənin iştirakçısı olan naməlum sərnişin əlindəki çantadan bıçaq çıxarıb. Mübahisə iştirakçılarının əlbəyaxa davası digərlərinin qorxması ilə nəticələnib. (Qafqazinfo.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO